Yuxarı
    Bağlamaq

    Qəbələnin dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər təxliyə olunub

    FHN-in xilasetmə qüvvələri vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər

    Bakı. 7 avqust. REPORT.AZ/ Qəbələ rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib.

    "Report"un Şirvan bürosu xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi