Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB Qəbələ rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
11 İyun , 2019 00:46
Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qəbələ rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Qəbələ-ismayıllı magistralında baş verən qəza zamanı 1 nəfər - Hüseynov Cavid hadisə yerində ölüb, ikisi isə - Cəmşid Vəliyev və Talıb Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə yerləşdirilib. 


*** 00:13

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, iki minik avtomobili toqquşub.

Qəza nəticəsində sürücülərdən biri hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü və iki sərnişin ağır xəsarət alıb.

Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərbənin təsirindən hər iki avtomobil yararsız hala düşüb

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi