Qəbələ rayonunda kişi meyiti aşkarlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Mıxlıqovaq kəndi ərazisində, yol kənarında kişi meyiti tapılıb.
Müayinə zamanı məlum olub ki, meyiti tapılan şəxs rayonun Mirzəbəyli kənd sakini 1966-cı il təvəllüdlü Mübariz Əlövsət oğlu Kərimovdur.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.