Qəbələdə yağan qar bir sıra fəsadlar törədib

Qəbələdə yağan qar bir sıra fəsadlar törədib Rayonun 10-a yaxın kəndinə elektrik enerjisinin verilməsində çətinliklər yaranıb
Hadisə
4 Dekabr , 2015 11:42
Qəbələdə yağan qar bir sıra fəsadlar törədib

Bakı. 4 dekabr. REPORT.AZ/ Qəbələ rayonuna ötən gündən başlayaraq yağan qar bir sıra fəsadlar törədib. "Report" xəbər verir ki, güclü küləklə müşahidə olunan qarın yağması ilə rayonun bir neçə kəndində elektirik və rabitə xətlərini sıradan çıxarıb. 

Rayonun 10-a yaxın kəndinə elektrik enerjisinin verilməsində çətinliklər yaranıb. Hazırda rayonun Solquca, Mıxlıqovaq, Yemişanlı, Kotuklu, Uludaş və Dandıx kəndlərinin elektrik enerjisi və həmin kəndlərlə rabitə əlaqəsi kəsilib. Kəndlərə elektrik enerjisini ötürən əsas naqillərin daşıyıcı dirəkləri aşaraq tamamilə sıradan çıxıb.

Qeyd edək ki, rayon ərazisinə və kəndlərə yağan qarın qalınlığı 15-20, dağlıq ərazilərə isə 35-40 sm-dir.

Son xəbərlər

Orphus sistemi