Bakı. 26 iyun. REPORT.AZ/ Qəbələ rayonunun Bılıx kəndində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqda olan əkin sahələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.