Qəbələdə sex içərisindəki avtomobillə birgə yanıb

Qəbələdə sex içərisindəki avtomobillə birgə yanıb Qəbələdə avtomobil təmiri sexində yanğın hadisəsi baş verib
Hadisə
6 Mart , 2021 13:46
Qəbələdə sex içərisindəki avtomobillə birgə yanıb

Qəbələdə avtomobil təmiri sexində yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən, ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi