Qəbələdə sel nəticəsində iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO

Qəbələdə sel nəticəsində iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO Qəbələ. 11 avqust. REPORT.AZ/ Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.
Hadisə
11 Avqust , 2018 18:27
Qəbələdə sel nəticəsində iki kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - VİDEO
Report

Qəbələ. 11 avqust. REPORT.AZ/ Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Şirvan bürosunun məlumatına görə, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. 

Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub. 

Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri ilə keçərək hərəkət etmək məcburiyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi