Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb

Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub.
Hadisə
12 İyul , 2021 11:25
Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb
Amil Süleymanov
0 : 00
0 : 00

Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Amil Süleymanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan A.Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə üz tutub və 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər

Orphus sistemi