Qəbələdə qolf meydançasından oğurluq edildi

Qəbələdə qolf meydançasından oğurluq edildi Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
29 Fevral , 2020 12:21
Qəbələdə qolf meydançasından oğurluq edildi

Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi