Qəbələdə koronavirus xəstəsi saxlanıldı

Qəbələdə koronavirus xəstəsi saxlanıldı Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb
Hadisə
6 May , 2021 12:54
Qəbələdə koronavirus xəstəsi saxlanıldı

Mayın 4-də Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan şəhər sakini V.Əzəmmədov ictimai yerdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi