Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib

Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Hadisə
17 Noyabr , 2021 12:35
Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Kiçik Əmili və Tikanlı kəndlərində, eləcə də Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də ümumilikdə 3 toyda 38 nəfərin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Teymur Zəkəryəyev, Zaur Yusifov və Eduart Xanayev barəsində protokol tərtib olunaraq cərimələniblər.

Son xəbərlər

Orphus sistemi