Qəbələdə "KamAZ" 55 yaşlı kişini vuraraq öldürüb

Qəbələdə "KamAZ" 55 yaşlı kişini vuraraq öldürüb Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Oktyabr , 2021 12:20
Qəbələdə KamAZ 55 yaşlı kişini vuraraq öldürüb
0 : 00
0 : 00

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Bəxtiyar Əliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə hərətkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən rayon sakini Əfqan İslamovu vurub. Ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.

"KamAZ"-ın sürücüsü B.Əliyev saxlanılıb.

11:37

Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "KamAZ" markalı yük avtomobili 55 yaşlı kənd sakinini vurub. Piyada hadisə yerində ölüb. Məlumata görə, qəza nəticəsində ölən piyada ruhi xəstə olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi