Qəbələdə baş verən qəzada ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ölənlər VAZ-2106" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Afiq Rafiq oğlu Məmmədov və onun sərnişini, 1978-ci il təvəllüdlü Cuma Abdulhəlim oğlu Mirzəliyevdir. Məlumata görə, ölənlər yeznə və qayındır.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" və"Opel" markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qəbələ-Əmili avtomobil yolunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, qəzada ölənlər qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.