Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, ölən və yaralananlar var - SİYAHI - YENİLƏNİB-2

Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, ölən və yaralananlar var - SİYAHI - YENİLƏNİB-2 Qəbələ. 8 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə baş verən yanğın zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
8 Oktyabr , 2018 12:45
Qəbələdə ərəblərin kirayə qaldığı ev yanıb, ölən və yaralananlar var  - SİYAHI - YENİLƏNİB-2
Report

Qəbələ. 8 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə baş verən yanğın zamanı ölən şəxsin adı məlum olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı Suriya vətəndaşı, 1995-ci təvəllüdlü Arua Adnan Əl-Həmidi aldığı xəsarətlərdən hadisə yerində ölüb. 


***11:07

Qəbələ. 8 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə zamanı evdə olan Suriya vətəndaşları - 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirlir.


***10:26

Qəbələ. 8 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. 

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi