Qəbələdə dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb

Qəbələdə dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb Bakı. 12 noyabr. REPORT.AZ/ Qəbələ rayonunda dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb.
Hadisə
12 Noyabr , 2018 13:44
Qəbələdə dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb
0 : 00
0 : 00

Bakı. 12 noyabr. REPORT.AZ/ Qəbələ rayonunda dağdan yıxılaraq çaya düşən şəxsin meyiti tapılıb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 7-də Qəbələ rayonunun Bum qəsəbə sakinləri Sadiq Mehrəliyev, Cümşüd Kərimov, Elşad Sədirov və Taleh Yusifov ov məqsədi ilə qəsəbənin dağlıq meşə sahəsinə gediblər.

Noyabrın 10-da saat 19 radələrində S.Mehrəliyev dağdan yıxılaraq Həmzəlli çayına düşüb və meyiti çayın sahilində tapılıb.

Qəbələ rayon Polis şöbəsinin əməkdaşları tərəfindən C.Kərimovdan “TOZ” markalı, E.Sədirovdan “BUM” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi