Qəbələdə baş verən meşə yanğınının söndürülməsində çətinliklər yaranıb

Qəbələdə baş verən meşə yanğınının söndürülməsində çətinliklər yaranıb Vəziyyətin ciddiliyi nəzərə alınaraq ETSN fövqəladə iş rejiminə keçib
Hadisə
1 Sentyabr , 2017 21:44
Qəbələdə baş verən meşə yanğınının söndürülməsində çətinliklər yaranıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, yanğının söndürülməsi üçün ETSN-in bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.

Hadisə yerində ETSN və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi