Qəbələdə avtomobillər toqquşub, iki gəncin ayaqları sınıb

Qəbələdə avtomobillər toqquşub, iki gəncin ayaqları sınıb Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Avqust , 2021 08:11
Qəbələdə avtomobillər toqquşub, iki gəncin ayaqları sınıb
0 : 00
0 : 00

Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.

İki avtomobil toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü Miriyev Dünyamir Mirkamil oğlu və 1998-ci il təvəllüdlü Qurbanlı Elmir Ramin oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətiriliblər.

Müayinə zamanı D.Miriyeva sağ bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları, E.Qurbanlıya isə sağ bud sümüyünün yerdəyisən qəlpəli sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi