Qəbələdə avtomobilini ağaca çırpan sürücü xəsarət alıb - FOTO

Qəbələdə avtomobilini ağaca çırpan sürücü xəsarət alıb - FOTO Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Yanvar , 2020 23:22
Qəbələdə avtomobilini ağaca çırpan sürücü xəsarət alıb - FOTO

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Corolla” markalı, 10-CV-976 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində adı-soyadı hələlik bilinməyən sürücü ağır bədən xəsarətləri alıb. O, dərhal Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi