Qəbələdə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Qəbələdə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır Qəbələ rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
312
11 Yanvar , 2022 18:17
Qəbələdə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
0 : 00
0 : 00

Qəbələ rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Qafqaz Qafarlı idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Xaçmaz kənd sakini Rafiq Atakişiyevi vurub. R.Atakişiyev xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi