Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb Qəbələ rayonunda yol qəzası olub.
Hadisə
15 Sentyabr , 2021 12:45
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələ rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 23 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Şəki rayon sakini R.Şirinov idarə etdiyi “Dacia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zəka Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi