Qəbələdə avtomobil körpüdən aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Qəbələdə avtomobil körpüdən aşıb, iki nəfər ölüb - YENİLƏNİB Qəbələ. 9 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda baş verən ağır yo-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub.
Hadisə
9 Oktyabr , 2018 09:36
Qəbələdə avtomobil körpüdən aşıb, iki nəfər ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Qəbələ. 9 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda baş verən ağır yo-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adı məlum olub.

"Report"un Şirvan bürosunun veridyi məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.


***07:21

Qəbələ. 9 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunun ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadiə rayonun Həmzəli kəndində ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi