Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var

Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Hadisə
6 yanvar 2024 12:57
Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Şamaxı rayon sakinləri Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimovadır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi