Qəbələdə 72 yaşlı qocanı avtomobil vurub

Qəbələdə 72 yaşlı qocanı avtomobil vurub Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 Oktyabr , 2021 08:51
Qəbələdə 72 yaşlı qocanı avtomobil vurub

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1949-cu il təvəllüdlü Qəribov Qədir Cəlal oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol sirkə kasasının sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi