Qəbələ rayonunda intihar hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Zərgərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Zemfira Sultan qızı Əhmədxanova özünü yaşadığı evin həyətində olan mal tövləsindən asıb.
Məlumata görə, Z.Əhmədxanova ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.