Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb

Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb.
Hadisə
3 Mart , 2022 18:05
Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb

Qəbələdə 33 yaşlı kişi göldə boğularaq ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Uludaş kəndində qeydə alınıb.

Belə ki, kəndin sakini, 1989-cu il təvəllüdlü Müşfiq Mirağa oğlu Mürsəliyev kənd ərazisində yerləşən göldən su götürmək istəyərkən yıxılıb. M.Mürsəliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, 33 yaşlı M.Mürsəliyev Uludaş kəndi ərazisində yerləşən təsərrüfatların birində fəhlə kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi