Qəbələdə 20 yaşlı gənc kəsdiyi ağacın altında qalaraq ölüb

Qəbələdə 20 yaşlı gənc kəsdiyi ağacın altında qalaraq ölüb Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
199
20 Sentyabr , 2021 16:25
Qəbələdə 20 yaşlı gənc kəsdiyi ağacın altında qalaraq ölüb

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun meşəlik ərazisində qeydə alınıb.

Belə ki, Bum kənd sakini, 2001-ci il təvəllüdlü Murad Umarov meşədə ağac kəsərkən kəsdiyi ağac qırılaraq onun üzərinə düşüb.

O, aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi