Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb İyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisə
29 İyul , 2022 10:23
Qəbələdə 11 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

Qəbələdə 11 yaşlı uşağı elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 28-i saat 09 radələrində Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 2011-ci il təvəllüdlü Aqşin Ağasiyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Aqşin Ağasiyev çayın kənarından keçən elektrik naqilindən hər iki əli ilə tutan zaman elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi