Qəbələdə 1 100 manatlıq qoz ləpəsi oğurlanıb

Qəbələdə 1 100 manatlıq qoz ləpəsi oğurlanıb Qəbələ rayonunun Nic qəsəbəsindəki bazarda iki avtomobildən ümumilikdə 85 kiloqram qoz ləpəsi oğurlanıb.
Hadisə
2 Mart , 2020 12:52
Qəbələdə 1 100 manatlıq qoz ləpəsi oğurlanıb
pexels.com

Qəbələ rayonunun Nic qəsəbəsindəki bazarda iki avtomobildən ümumilikdə 85 kiloqram qoz ləpəsi oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Nic qəsəbəsindəki bazarda Bum qəsəbə sakini İ.Babayevin “QAZ-3110” markalı avtomobilindən 169 manat dəyərində 13 kiloqram, Ağdaş rayon sakini A.Rəsulovun “VAZ-21011” markalı avtomobilindən isə 936 manat dəyərində 72 kiloqram qoz ləpəsi oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılıblar. 

Son xəbərlər

Orphus sistemi