Qəbələ sakinlərindən silahlar götürüldü

Qəbələ sakinlərindən silahlar götürüldü Qəbələ sakinlərində müvafiq sənədləri olmayan silahlar aşkarlanıb.
Hadisə
24 Dekabr , 2020 10:28
Qəbələ sakinlərindən silahlar götürüldü

Qəbələ sakinlərində müvafiq sənədləri olmayan silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi