Qəbələ sakinindən 500 qrama yaxın narkotik vasitə aşkarlanıb

Qəbələ sakinindən 500 qrama yaxın narkotik vasitə aşkarlanıb Qəbələ. 27 fevral. REPORT.AZ/ Qəbələ rayonunda yerli sakindən narkotik vasitə aşkarlanıb.
Hadisə
27 Fevral , 2019 10:34
Qəbələ sakinindən 500 qrama yaxın narkotik vasitə aşkarlanıb
Report
0 : 00
0 : 00

Qəbələ. 27 fevral. REPORT.AZ/ Qəbələ rayonunda yerli sakindən narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"un yerli bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, ötən gün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emin Zamanov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən 0,186 qram heroin aşkar olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilən zaman oradan 405 qram narkotik vasitə olan-qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi