Yuxarı

Qəbələ rayonunda ikiotaqlı ev yanıb

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanın Qəbələ rayonunda fərdi yaşayış evində yanğın baş verib. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 18 km aralıda yerləşən Vəndam qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi