Yuxarı

​“Qəbələ”nin sabiq futbolçusu Cavid Hüseynovun həbs müddəti uzadılıb - FOTO

Səbail Rayon Məhkəməsində Bakı Şəhər Prokurorluğunun təqdimatına baxılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbs müddəti uzadılıb.

Bu barədə “Report”a onun vəkili Adəm Məmmədov məlumat verib.

O bildirib ki, Bakı şəhər Prokurorluğu Səbail Rayon Məhkəməsinə futbolçu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iki ay artırılması barədə təqdimatla müraciət edib. Səbail Rayon Məhkəməsinin qərarına əsasən, Cavid Hüseynovun həbs qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, futbolçu avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlunun ölümü ilə bağlı cinayət işində təqsirli bilinərək barəsində 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi