Qəbələdə xuliqanlıq etməkdə və adam bıçaqlamaqda təqsirləndirilən Vasif Əliməmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Rəşid Hüseynovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Qəbələ şəhər Mərkəzi Bazarında baş verib.
1997-ci il təvəllüdlü Vasif İsrafil oğlu Əliməmmədov şəxsi münasibətlər zəminində Anar Məhəmməd oğlu Aslanovu sol bel nahiyəsindən bıçaqlayıb. Zərbə onun qarın boşluğuna nüfuz edib.
V.Əliməmmədova Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham verilib.