Qazmaçı köməkçisi dənizə düşərək ölüb

Qazmaçı köməkçisi dənizə düşərək ölüb Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında “28 May” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Rasim İbrahim oğlu Əliyev 262 saylı quyuda işləyən zaman dənizə düşüb.
Hadisə
4 Noyabr , 2017 13:29
Qazmaçı köməkçisi dənizə düşərək ölüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında “28 May” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Rasim İbrahim oğlu Əliyev 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Qeyd edilib ki, o, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub. 

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi