Qazaxıstanda 331 min manat oğurlamaqda ittiham olunan azərbaycanlı mühakimə edilir

Qazaxıstanda 331 min manat oğurlamaqda ittiham olunan azərbaycanlı mühakimə edilir Bakı. 14 iyun. REPORT.AZ/ Külli miqdarda vəsaiti oğurlamaqda ittiham olunan 27 yaşlı azərbaycanlı Elnur Məmmədov Qazaxıstanda mühakimə edilir.
Hadisə
14 İyun , 2018 12:02
Qazaxıstanda 331 min manat oğurlamaqda ittiham olunan azərbaycanlı mühakimə edilir
ng.kz
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Külli miqdarda vəsaiti oğurlamaqda ittiham olunan 27 yaşlı azərbaycanlı Elnur Məmmədov Qazaxıstanda mühakimə edilir.

Bu barədə "Report" Qazaxıstanın "Naşa qazeta" nəşrinə istinadən xəbər verir.

E.Məmmədov və onunla əlbir olan yeddi nəfər 2016-cı ilin sentyabr ayında 331,5 min manat (65 milyon təngə) məbləğində oğurluq etməkdə təqsirləndirilir.

E.Məmmədovu polis bir ildən çox müddətdə axtarıb. O, hadisədən sonra Bakıya gedib, orada gizlənib və 2017-ci ilin yayında Gürcüstanla sərhədi keçməyə çalışarkən saxlanılıb.

Təqsirləndirilən şəxs bu gün məhkəmə qarşısında ittihamları rədd edib və ifadəsini zərərçəkənlərin ifadaləri alındıqdan və işin materialını öyrəndikdən sonra verəcəyini bildirib.

Qeyd edək ki, E.Məmmədovun əlbir olduğu şəxslərin - Arxat Kojaxmetov, Anatoli Qolovnev, Vyaçeslav Myasnikov və Dmitri Belıxın təqsikar olduğunu məhkəmə hələ 2017-ci ildə sübut edib və onları 5 ildən 6 ilədək müddətə azadlıqdan məhrum edib. Onların hamısının ifadəsində Məmmədovun adı hallanır.

Son xəbərlər

Orphus sistemi