Qazaxıstan vətəndaşının çantasında 875 qram kalium permanqanat aşkar edilib

Qazaxıstan vətəndaşının çantasında 875 qram kalium permanqanat aşkar edilib Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Hadisə
26 Noyabr , 2018 13:25

Bakı. 26 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda çantanın içərisindəki butulkada olan predmetin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaşa həmin əşyanın təqdim edilməsi təklif olunub.

Vətəndaşın çantadan çıxarıb təqdim etdiyi həmin butulkada kalium permanqanat aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan kalium permanqanatın təmiz çəkisi 875 qram təşkil edib.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi