Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya olunub

Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya olunub Afət Həsənov başqasının külli miqdarda əmlakını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib
Hadisə
1 Mart , 2016 10:51
Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya olunub

Bakı. 1 mart. REPORT.AZ/ Qazaxıstan vətəndaşı Afət Həsənov Azərbaycandan ekstradisiya olunub və Astanaya göndərilib. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun rəsmi saytı məlumat verib.

A.Həsənov Manqistau regionunda başqasının külli miqdarda əmlakını mənimsədiyinə görə Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

A.Həsənovun Qazaxıstana verilməsi barədə qərar qarşı tərəfin istəyinə əsasən fevralın 15-də Azərbaycan Baş Prokurorluğu tərəfindən qəbul edilib.

Hazırda şübhəli şəxs Astanada təcridxanada saxlanılır.

Qeyd olunur ki, ekstradisiyadan əvvəl A.Həsənov Azərbaycanda xuliqanlıq etdiyinə görə cəzasını çəkirmiş.

Son xəbərlər

Orphus sistemi