Qazaxıstan Azərbaycanın 10 vətəndaşını deportasiya edəcək

Qazaxıstan Azərbaycanın 10 vətəndaşını deportasiya edəcək Onlar Mangistau vilayətinin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olublar
Hadisə
5 Yanvar , 2018 14:21
Qazaxıstan Azərbaycanın 10 vətəndaşını deportasiya edəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstan Azərbaycanın 10 vətəndaşını deportasiya edəcək. 

"Report" "İnAktau"ya istinadən xəbər verir ki, bu barədə Karakiyanski Rayon Məhkəməsinin Mətbuat Midmətindən bildirilib.

Məlumata görə, Qazaxıstanın Mangistau vilayətinin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 79 Azərbaycan vətəndaşı barəsində hökm oxunub.

Azərbaycan vətəndaşları Qazaxıstan ərazisinə gələrək müvəqqəti olaraq Daxili İşlər Nazirliyinin şöbəsində qeydiyyata durublar və Kurık kəndində "Enerqomost LTD" MMC şirkətində işləyiblər. Ancaq miqrasiya kartlarında əmək fəaliyyəti ilə məşğul olmağa icazə olmadığından onlar Qazaxıstanın miqrasiya haqqında qanununu pozublar.

Məhkəmənin qərarına əsasən, 69 şəxsə 56 725 təngə məbləğində inzibati cərimə tətbiq olunub, digər 10 nəfər isə sonradan ölkədən çıxarılmaqla üç gün müddətinə həbs edilib.

Son xəbərlər

Orphus sistemi