Qazaxda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO

Qazaxda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2017 20:11
Qazaxda zəncirvari qəza baş verib, xəsarət alan var - FOTO
Report

Qazax. 30 oktyabr. REPORT.AZ/ Qazax rayonunda zəncirvari qəza baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax-Kosalar avtomobil yolunda qeydə alınıb. 

Belə ki, 70 yaşlı Kosalar kənd sakini İsmayıl Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı maşına, daha sonra yol kənarında dayanan "Vito" markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

"Opel" markalı maşının sürücüsü, 1989-cu il təvəllüdlü Tural Fəxrəddin oğlu Nəsibov isə yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi