Yuxarı
    Bağlamaq

    Qazaxda yük maşını aşıb, xəsarət alan var - VİDEO

    Faktla bağlı araşdırma aparılır

    Qazax. 23 noyabr. REPORT.AZ/ Qazax rayonunda yük maşını aşıb. 

    "Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, "Su-15" dairəsi adlanan ərazidə qeydə alınıb. 

    Belə ki, qum daşıyan "MAN" markalı yük maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneəyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara ziyan vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisənin baş verdiyi ərazidə yol 1 saat bağlanıb..

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi