Yuxarı
    Bağlamaq

    ​Qazaxda yük avtomobili yanıb

    Hadisə rayonun Daş Salahlı kəndində baş verib

    Bakı. 23 iyul. REPORT.AZ/ Axşam saatlarında Qazaxın Daş Salahlı kəndində yanğın hadisəsi baş verib.

    "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə "MAN" markalı yük avtomobilinin qoşqusunun təkərləri və işıqlandırma sistemi yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi