Qazaxda yol qəzası nəticəsində 3 nəfər yaralanıb

Qazaxda yol qəzası nəticəsində 3 nəfər yaralanıb Yaralıların vəziyyəti orta-ağırdır
Hadisə
28 May , 2017 21:40
Qazaxda yol qəzası nəticəsində 3 nəfər yaralanıb
Report.az

Qazax. 28 may. REPORT.AZ/ Axşam saatlarında Qazax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Qəza "VAZ-2106" markalı avtomobil ilə "VAZ-2107"nin toqquşması nəticəsində baş verib. Hadisə zamanı xəsarət alan 3 nəfər Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Yaralılara dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi