Qazaxda bir ailə qəzaya düşüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Qazaxda bir ailə qəzaya düşüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB Qazax rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zaman ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 4 nfər yaralıdan biri ölüb.
Hadisə
14 Oktyabr , 2019 15:35
Qazaxda bir ailə qəzaya düşüb, 4 nəfər xəsarət alıb  - YENİLƏNİB

Qazax rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zaman ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən 4 nfər yaralıdan biri ölüb. 

"Report"un Qərb Mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı avtomobilin sürcüsü və onun 3 nəfər qadın sərnişini xəsarət alıb. 

Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan biri - sürücü Y.Əliyev xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



*** 14:06

Qazax rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar sürücü Əliyev Yaşar Həmid oğlu, onun həyat yoldaşı Əliyeva Aytən Məhərrəm qızı (1988) və övladları - Əliyeva Tamara Yaşar qızı (2011) və Əliyeva Aysu Yaşar qızıdır (2016). 

Sürücü və həyat yoldaşının vəziyyətinin orta-ağır, övladlarının isə durumunun kafi olduğu bildirilir.


*** 13:32

Qazax rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanlıqlar kənd yolunda qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, bir qadın və iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi