Qazaxda yol qəzası baş verib: xəsarət alan var

Qazaxda yol qəzası baş verib: xəsarət alan var “VAZ” avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb
Hadisə
174
29 Yanvar , 2017 00:04
Qazaxda yol qəzası baş verib: xəsarət alan var

Bakı. 29 yanvar. REPORT.AZ/ Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verib.

Məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində vətəndaşa məxsus "MERCEDES" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:25-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi