Qazaxda yerli sakinin əlində kükürd partlayıb

Qazaxda yerli sakinin əlində kükürd partlayıb Qazax. 26 iyun. REPORT.AZ/ Qazax rayonunda yerli sakinin yandırdığı kükürd əlində partlayıb.
Hadisə
26 İyun , 2018 19:32
Qazaxda yerli sakinin əlində kükürd partlayıb

Qazax. 26 iyun. REPORT.AZ/ Qazax rayonunda yerli sakinin yandırdığı kükürd əlində partlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. 

33 yaşlı kənd sakini Elçin Əsədov evindəki ilanları zərərsizləşdirmək üçün kükürdü yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə o, əl və qol nahiyəsindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi