Qazaxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Qazaxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB Qazax rayonunda bıçaqlanma hadisəsi olub
Hadisə
12 Aprel , 2021 07:21
Qazaxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Qazaxın Şıxlı kənd sakini Zaur Məmmədovu bıçaqlayan şəxs saxlanılıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1995-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Qeyd edək ki, hadisə Şıxlı kəndində baş verib. Kənd sakini Zaur Məmmədov mübahisə zəminində bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

11.04.2021. 21:37

Qazax rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Şıxlı kəndində qeydə alınıb. Kənd sakini Zaur Məmmədov mübahisə zəminində tanışı tərəfindən bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi