Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Qazax rayonunda vətəndaşların pensiya və əmək haqqı kartlarını oğurlayan şəxs saxlanılıb. Bu barədə "Report"a Qazax Rayon Polis Şöbəsindən məlumat verilib. Keçirilən əməliyyat zamanı rayon sakini Asim Həsənov saxlanılıb. Polislər onun üzərinə baxış keçirən zaman 2200 ABŞ dolları və müxtəlif vətəndaşlara aid bankomat kartları aşkar ediblər. A.Həsənov ifadəsi zamanı Bakı, Gəncə, Mingəçevir şəhərləri və Tovuz rayonunda da eyni üsulla vətəndaşların bankomat kartlarını oğurlayaraq pul mənimsədiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.