Qazaxda top mərmisi aşkar olunub

Qazaxda top mərmisi aşkar olunub Mərmi ANAMA-nin mərkəzi məhvetmə ərazisinə daşınıb
Hadisə
6 Sentyabr , 2017 00:11
Qazaxda top mərmisi aşkar olunub
Foto: ANAMA

Bakı. 6 sentyabr. REPORT.AZ/ Qazax rayonunun Alpout kəndi ərazisində 1 ədəd top mərmisi aşkar olunub.

"Report" xəbər verir ki, bu barədə 5 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya məlumat daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilib, daşınması mümkün olduğuna görə, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Son xəbərlər

Orphus sistemi