Qazaxda qadını güllələyən şəxs saxlanılıb - YENİLƏNİB-2

Qazaxda qadını güllələyən şəxs saxlanılıb - YENİLƏNİB-2 Bakı. 16 aprel. REPORT.AZ/ Qazaxda qadını güllələyən şəxs saxlanılıb.
Hadisə
16 Aprel , 2018 11:14
Qazaxda qadını güllələyən şəxs saxlanılıb - YENİLƏNİB-2

Bakı. 16 aprel. REPORT.AZ/ Qazaxda qadını güllələyən şəxs saxlanılıb.

“Report”un Qərb bürosuna DİN mətbuat xidmətinin Qərb regional xidmətindən verilən məlumata görə, aprelin 14-də saat 4 radələrində Qazax rayonunun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibovanın baş və bədən nahiylərindən çoxsaylı qırma xəsarətləri ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Sevdimalı Abdullayev saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


***6:48

Qazax. 14 aprel. REPORT.AZ/ Qazax rayonunda həmkəndlisi tərəfindən güllələnərək qətlə yetirilən qadının adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Yuxarı Salahlı kənd sakini Mehriban Nəsibova başından və kürəyindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxsin qaçdığı bildirilir. 


***4:29

Qazax. 14 aprel. REPORT.AZ/ Qazax rayonunda qadın güllələnərək qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yuxari Salahlı kəndində baş verib.

Hələlik adı məlum olmayan qadının həmkəndlisi tərəfindən güllələnərək qətllə yetirildiyi bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılılb. 

Son xəbərlər

Orphus sistemi