Qazaxda qadın qarnının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib

Qazaxda qadın qarnının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib Qazax. 27 may. REPORT.AZ/ Qazax rayonunda qadın yıxılaraq xəsarət alıb.
Hadisə
27 May , 2018 22:07
Qazaxda qadın qarnının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib

Qazax. 27 may. REPORT.AZ/ Qazax rayonunda qadın yıxılaraq xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 39 yaşlı Dağ Kəsəmən kənd sakini Afət Abdullayeva qarın nahiyəsi kəsilmiş halda xəstəxanaya daxil olub.

Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, A.Abdullayeva evdə ehtiyatsızlıqdan şüşə qabın üstdə yıxılıb və qarın nahiyəsindən kəsik xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi